RU

“Apple” 2024-cü ildə ən bahalı texnologiya şirkəti oldu


“Apple” şirkəti 2024-cü ildə ən bahalı texnologiya şirkətlərinin reytinqində birinci yeri tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Brand Finance” beynəlxalq konsaltinq təşkilatı çərşənbə günü öz hesabatında məlumat yayıb.
Məlumata görə, “Apple”ın brend dəyəri 2023-cü ildən bəri 74% artaraq 516,6 milyard dollara çatıb. Siyahıda ikinci yeri “Microsoft” şirkəti tutub. Onun brend dəyəri 340,4 milyard dollar təşkil edib (+ 78%).“Google” şirkəti isə əvvəlki kimi üçüncü yerdə qalıb. Onun brend dəyəri 333,4 milyard dollar qiymətləndirilir (artım faizi təqdim edilmir). Brend dəyəri 308,9 milyard dollar (+ 3,2%) olan “Amazon” şirkəti isı dördüncü yerdədir.
Eyni zamanda, ən sürətli artımı (+ 163%) sonuncu reytinqdən bəri 19 pillə yüksələrək, 44,5 milyard dollar brend dəyəri ilə 10-cu yeri tutan “Nvidia” şirkəti nümayiş etdirib.
Qeyd edək ki, “Brand Finance” 20 ölkədə ofisləri olan aparıcı beynəlxalq brend qiymətləndirmə məsləhətçisidir. “Brand Finance” metodologiyasına əsasən, brendin gücü marketinq, kapital və biznes fəaliyyətinə qoyulan investisiyaların qiymətləndirilməsini özündə əks etdirən balanslaşdırılmış göstəricilər sistemi ilə hesablanır.
Избранный
114
25
yeniavaz.com

10Источники