Bakı. Trend:
Bu gün basketbolun 3x3 növü üzrə Avropa kuboku startgötürür.
İdman.biz xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təşkilolunan yarışın ilk günündə Azərbaycanın qadın basketbolçuları damübarizəyə başlayacaq.
Yığmamız qrup mərhələsində iki oyun keçirəcək. Öncə İspaniya iləqarşılaşacaq millimiz ardınca meydan sahibləri Avstriya ilə üz-üzəgələcək.
Avropa kuboku
Qrup mərhələsi
22 avqust
15:40. Azərbaycan – İspaniya
19:15. Azərbaycan – Avstriya
Qeyd edək ki, hər qrupda ilk iki yeri tutan komandalar 1/4finala adlayacaq.