RU

3x3 basketbol millimiz Avropa kuboku ilə vidalaşıb

Ötən gün basketbolun 3x3 növü üzrə Avropa kuboku start götürüb.

Avstriyanın paytaxtı Vyanada təşkil olunan yarışın ilk günündə Azərbaycanın qadın basketbolçuları da mübarizəyə start veriblər.

Yığmamız qrup mərhələsində iki oyun keçirib. İspaniya və meydan sahibləri Avstriya ilə üz-üzə gələn millimiz müvafiq olaraq 12:20 və 7:21 hesabları ilə məğlub olub. Qrupda sonuncu olan komandamız pley-offdan kənarda qalıb.

Qeyd edək ki, hər qrupda ilk iki yeri tutan komandalar 1/4 finala adlayıb.

Избранный
50
2
cbcsport.az

6Источники