RU

Yeni UEFA reytinqi: Azərbaycan 26-cı sıradadır

Azərbaycanın ötən həftə ilə müqayisədə UEFA reytinqində mövqeyi dəyişməyib. Bu, avrokuboklarda pley-off mərhələsinin ilk oyunlarından sonra baş verib.

26-cı sırada yer alan ölkənin əmsalı 18,875-ə bərabərdir.

"Qarabağ" Çempionlar Liqasında Xorvatiyada "Dinamo" (Zaqreb) kollektivinə uduzub - 0:3.

"Zirə" isə UEFA Konfrans Liqasında Kiprdə "Omoniya"ya məğlub olub - 0:6.

25-ci pillədəki Kiprin 19,225, 27-ci yerdəki Bolqarıstanın 18,625 əmsalı var.

55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.

Избранный
95
12
cbcsport.az

10Источники