RU

“Turan Tovuz” “Neftçi”nin futbolçusunu TRANSFER ETDİ

"Turan Tovuz" icarə əsasında çıxış edən Fərid Yusiflini transfer etdiyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, qərb təmsilçisi "Neftçi"dən ayrılan yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, F.Yusifli ötən mövsümün ikinci hissəsini icarə əsasında Tovuz klubunda keçirib. O, əyalət komandasının heyətində Premyer Liqada 10 oyunda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
36
7
bizim.media

10Источники