"Barselona" ciddi itki ilə üzləşib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Kataloniya təmsilçisinin müdafiəçisi Andreas Kristensen zədə alıb. 28 yaşlı futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Andreas bu mövsüm "Barselona" ilə La Liqanın ilk turunda "Valensiya"ya qarşı matçda iştirak edib.