Azərbaycanın kişilərdən ibarət voleybol millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Seçməmiz doğma azarkeşlər qarşısında Belçika ilə üz-üzə gələcək..
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək oyun saat 18:00-da başlayacaq və "CBC Sport"un "YouTube" kanalı ilə idmansevərlərə canlı təqdim ediləcək.