Azərbaycan Premyer Liqasında IV turun daha bir görüşü keçirilib.
Publika.az xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" və "Neftçi" üz-üzə gəlib.
"Live Bona Dea Arena"da baş tutan matçda heç-heçə qeydə alınıb - 1:1.
Qarşılaşmada hesabı meydan sahibləri açıb. 16-cı dəqiqədə Ömər Buludov dəqiq zərbə müəllifi olub.