RU

"Tesla" federal araşdırma altında: şikayət edirlər

"Tesla" avtomobillərinin sahibləri "tam avtonom sürücülük" (FSD) proqram təminatının son versiyası ilə bağlı problemlərdən şikayət edirlər. Onların sözlərinə görə, bu proqram təminatı maşınları qırmızı işıqda keçməyə vadar edir.

"Ölkə.az" xəbər verir ki, bu problemlə üzləşən sosial şəbəkə istifadəçilərindən biri belə yazıb: "Xoşbəxtlikdən, avtomobil işıqfordan keçməzdən əvvəl onu saxlaya bildim, amma ümid edirəm ki, "Tesla" başa düşür ki, onların proqram təminatı indi çox təhlükəli səviyyədədir". Digər bir istifadəçi əlavə edib: "Mənim də başıma belə hal bir-iki dəfə 30 mil/saat sürətdən aşağı olduqda gəlib. Bu məndə maşına etibarı azaldıb".

"YouTube"da problemi nümayiş etdirən video paylaşılıb. Videonu çəkən sürücü Nyuark şəhər mərkəzindəki bir kəsişmədə maşın qırmızı işıqda keçməyə cəhd edəndə - "Bunu etmə! Qırmızı işıqdır!" - deyə qışqırıb.

Qırmızı işıqda kəsişməni keçmə ittihamları xüsusilə narahatedicidir, çünki "Tesla" artıq proqram təminatının ən azı 13-ü ölümlə nəticələnən qəzalara səbəb olması ilə bağlı federal araşdırma altındadır. Bundan əlavə, "Tesla" bu problemi həll etmək üçün kifayət qədər tədbir görməməsi və ictimaiyyəti pilotsuz avtomobillərin imkanlarını şişirtməklə aldatması səbəbindən tənqid olunur.

Rəsmi statistikaya görə, ABŞ-də hər il qırmızı işıqda keçmə səbəbindən təxminən 1000 insan həyatını itirir və 200 mindən çox yaralanma baş verir. Buna görə "Tesla" kimi aparıcı avtomobil şirkətlərinin məsuliyyəti artır və proqram təminatındakı hər hansı bir xəta ciddi fəsadlara yol aça bilər.(oxu.az)

Избранный
178
50
olke.az

10Источники