RU

KİV: “Durov daha 48 saat həbsdə qalacaq”

“Telegram”ın təsisçisi Pavel Durov daha 48 saat həbsdə qalacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Reuters” Paris prokurorluğunun bəyanatına istinadən məlumat yayıb.

Durovun kibercinayətlərlə bağlı aparılan istintaq çərçivəsində həbsdə saxlanacağı bildirilir. Əlavə təfərrüatlar hələlik verilməyib.

Bundan əvvəl “Reuters” Fransa polisinə istinadən yazıb ki, iş adamı kibercinayətkarlıq və maliyyə fırıldaqları məsələlərində hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina etməkdə ittiham olunur. Hazırda Durov milli kibercinayətkarlıq və dələduzluq orqanları tərəfindən nəzarətdədir.

 

Sadiq Cavadov

Избранный
193
50
iqtisadiyyat.az

10Источники