RU

“CineMastercard”da “Qarğa”nın nümayişi baş tutub

"Amburan Mall” ticarət mərkəzində yerləşən "CineMastercard” premium kinoteatrında açıq səma altında "Qarğa” (The Crow) Amerika qotik filminin premyeradan öncə nümayişi baş tutub. 

Film Ceyms O'Barrın qrafik romanı əsasında çəkilib.

Hekayənin mərkəzində Erik Dreyven adlı musiqiçidir. 

O, sevgilisi Şelli Vebsteri qorumaq üçün özünü qurban verməlidir. Lakin Erikin fədakarlığı boşa çıxır – Şelli qətlə yetirilir.

Faciədən bir il sonra dirilər və ölülər dünyası arasında qalan Erik axirətdən qayıdır. 

İndi o, tanrının gücünə sahib olan Qarğadır. Qəhrəman cinayətkarları tapmaq, onlardan amansız qisas almaq və ədaləti bərpa etmək üçün dirilər dünyasına qayıdır.

Erik Dreyven və Şelli Vebster obrazlarını aktyorlar Bill Skarsqard və FKA Tviqs oynayıb.

Bill Skarsqard tamaşaçılara "O”, "Doqquz gün”, "Con Uik 4” filmlərindəki rollarından tanışdır. 

FKA Tviqs (Taliya Debrett Barnett) daha çox müğənni, bəstəkar və rəqqas kimi tanınır. 

Filmin hər iki personajı müasir, dinamik, müxtəlif yaradıcı maraqlara malikdir. Onlar maraqlı retro dizayn elementləri ilə proqressiv cəmiyyətdə yaşayırlar.

Bill Skarsqardin sözlərinə görə, "Qarğa" tamaşaçılara unikal təcrübə təqdim edir: "Film emosional, qaranlıq, sərt, romantik və çox hərəkətlidir”.

Filmin rejissoru Rupert Sanders əvvəlki ekran əsərinin yalnız qisas üzərində cəmləndiyini qeyd edib: "Yeni "Qarğa” filmində isə izləyicilər sevgi hekayəsini görəcəklər. Mən istəyirdim ki, tamaşaçılar onların hisslərinə inansınlar, bu sevgi Erikdən alınanda, onun ağrısını hiss etsinlər. "Qarğa” iki janrın birləşməsidir: qisas haqqında triller və melodram”.

Tədbirdə şou-biznes nümayəndələri, tanınmış jurnalistlər, blogerlər və iri təşkilatların sahibkarları iştirak edib.

"The Voice of Azerbaijan” layihəsinin iştirakçısı müğənni Aliyə orijinal və özünəməxsus ifa tərzi, "Show1Baku” qrupunun qotika üslubunda rəqsi tamaşaçılara xoş anlar yaşadıb.

Ülviyyə 
 

 








Избранный
95
7
arqument.az

9Источники