RU

İsveçin seçməsinin Azərbaycan ilə oyun üçün heyəti açıqlanıb

İsveç yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Azərbaycan və Estoniya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti məlum olub.

Skandinaviyalıların baş məşqçisi Yon Dal Tomasson C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Bakıda Azərbaycan, 8-də isə Solnada Estoniya komandasına qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib.

Qapıçılar: Viktor Yohansson, Kristoffer Nurdfeldt, Yakop Videll Settenrstuöm

Müdafiəçilər: Lyudviq Auqustinsson, Alex Duqlas, Qabriel Qudmundsson, İsak Hien, Emil Kraft, Ken Sema, Karl Starfelt, Linus Vahlqren Egnell

Yarımmüdafiəçilər və hücumçular: Yasin Ayari, Lukas Berqvall, Yens Kayoste, Antoni Elanqa, Niklas Eliasson, Viktor Dyokereş, Aleksander İsak, Deyan Kulusevski, Huqo Larsson, Sebastian Nanasi, Qustaf Nilsson, Anton Satetros, Mattias Svanberq.

Qeyd edək ki, Azərbaycan – İsveç qarşılaşması sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Избранный
77
10
cbcsport.az

2Источники