RU

Azərbaycanda vərəmlə mübarizədə dönüş olacaq? - RƏSMİ

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında "Ağciyər Xəstəlikləri Mərkəzi" publik hüquqi şəxs yaradılır.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, indiyədək Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli Vərəm əleyhinə Dispanser, 1 və 2 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası Ağciyər Xəstəlikləri Mərkəzinin tərkibinə daxil ediləcək.

TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərəcək.

"Yeni mərkəzin yaradılmasında məqsəd Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeli tibb müəssisələrində vərəm əleyhinə mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiya işinin optimallaşdırılması, əhali arasında vərəm və ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, vərəm əleyhinə müəssisələrin infrastrukturundan səmərəli istifadə edilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmasıdır", - deyə məlumatda qeyd edilib.

Ölkəmizdə vərəmlə bağlı ümumi vəziyyət necədir?

Məsələ ilə bağlı TƏBİB-dən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, dünyada olduğu kimi, Azərbaycanda da son illərdə vərəmlə mübarizə sahəsində əldə olunmuş sabitləşməyə baxmayaraq, vərəm səhiyyə sahəsində tez-tez rast gəlinən xəstəliklərdəndir:

"Vərəmlə mübarizə tədbirlərinin gücləndirilməsi və vərəm yükünün azaldılması üçün elmi dəlillərə əsaslanan yeni yanaşmalar tətbiq edilir.

Dünya təcrübəsinə istinadən bildiririk ki, TƏBİB-in strukturunda vahid mərkəz kimi “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxsin yaradılması və vərəm əleyhinə müəssisələrin Mərkəzin strukturuna verilməsi ilə vərəmlə mübarizədə ciddi irəliləyişlərə nail olmaq olar.

Mərkəzin yaradılması köklü dəyişiklikləri, strateji əsaslı yanaşmanı, həmçinin qurumlararası əməkdaşlıgın genişləndirilməsini təmin edəcək, vətəndaş məmnuniyyətini artıracaq".

Избранный
190
5
cebheinfo.az

10Источники