RU

Dünya çempionatı: İki cüdoçumuz yarımfinalda

Perunun paytaxtı Limada yeniyetmə cüdoçular arasında dünya çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 3 üzvü tatamiyə çıxıb.

50 kq və 55 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Dünya çempionatı
50 kq

Məhəmmədəli Hüsiyev ilk görüşündə italiyalı Tomas Qidoni (İtaliya) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Aksel Kuqla (Fransa) qarşılaşıb. Qələbə qazanan Məhəmmədəli yarımfinala yüksəlib. O, bu mərhələdə Aleksey Toptıginlə (AİN) yarışacaq.

İlk mərhələdən azad olan Bahadır Feyzullayev Aleksey Toptıgin (AİN) qarşılaşıb. Görüş rəqib cüdoçunun qələbəsi ilə yekunlaşıb.

60 kq
Nihad Məmişov (55 kq) mübarizəyə 1/16 finalda qoşulub və onun rəqibi Amir Temirbayev (Kanada) olub. Çempionata qələbə ilə başlayan Nihad 1/8 finalda Yan Kolondra (Polşa), 1/4 finalda isə Botond Kunyikə (Macarıstan) qalib gəlib. O, finala gedən yolda Ukraynanı təmsil edən azərbaycanlı Xəzər Heydərovla qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 1-də yekun vurulacaq.

İdman.biz

Избранный
121
50
idman.biz

10Источники