RU

Məşhur müğənninin geyimi səs-küyə SƏBƏB OLDU

66 yaşında illərə meydan oxuyan Muazzez Ersoy ötən axşam bir bankın təşkil etdiyi bayram gecəsində səhnəyə çıxıb.

News24.az xəbər verir ki, Türk klassik musiqisinin “nostalji kraliçası” Muazzez Ersoy son aylar dekolteli geyimi ilə bağlı sual verən jurnalistlərə “Arıq olanda səhnədə nə geyinsən gözəl görünür” cavabını verib.

Ersoy, Atatürkün sevilən mahnılarından bəhs edən unudulmaz mahnılar səsləndirib.

Səhnənin əvvəlindən sonuna kimi enerjisi və geyimi ilə diqqət çəkib.

Dərin dekoltesi ilə adından söz etdirən Muazzez Ersoy sosial medianı iki yerə bölüb. Muazzez Ersoyun geyim seçiminə “Kaş ki, bir az örtülü olaydı”, “Bu geyim gözəl görünmür”, “Çox açıq-saçıqdır” və “Mənə çox yaraşır” kimi şərhlər edilib.

Məryəm İlhamqızı


Избранный
153
7
news24.az

10Источники