RU

Sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Yaşar Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edk ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Y.Məmmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə başqa hesab vasitəsilə həmin qadınlara yazaraq özünü onlara “Roman” adı ilə tanıdıb. Qadınlarla tanış olduqdan sonra dostunun xaker fəaliyyəti göstərdiyini və müəyyən pul müqabilində həmin hesabların silinməsinin mümkün olduğunu bildirib. Bu kimi vədlərlə onların ümumilikdə 5 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Y.Məmmədova qarşı Cinayət Məcəlləsinin 182.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Избранный
225
20
e-huquq.az

10Источники