RU

Xətai Tibb Mərkəzinin Ginekologiya şöbəsində 1000-dən çox pasiyentə xidmət göstərilib » Medical Media


TƏBİB vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə tibb müəssisələrinin maddi-texniki bazasının yenilənməsi və təkmilləşdirməsini davam etdirir. 

Ötən ilin aprel ayında əsaslı təmir-bərpa işlərindən sonra açılışı olan Xətai Tibb Mərkəzinin Ginekologiya və doğum şöbəsində bu müddətdə 1094 nəfər stasionar şəraitdə müayinə və müalicə olunub. Onlardan 673-ü müxtəlif ginekoloji əməliyyat, 359-u isə təbii və cərrahi doğuşdur. Bu dövr ərzində şöbənin fəaliyyətində ana və uşaq ölümü qeydə alınmayıb. 

Qeyd edək ki, əvvəllər yalnız Ginekologiya şöbəsi kimi fəaliyyət göstərən bu bölmə yenidənqurma və təmir-bərpa işlərindən sonra  Ginekologiya və doğum şöbəsi kimi xidmətə başlayıb. 

Şöbədə 9 ginekoloq, 4 neanotoloq, 10 tibb bacısı fəaliyyət göstərir. 

Xətai Tibb Mərkəzinin ikinci mərtəbəsində yerləşən və 22 çarpayıdan ibarət  şöbə 2 əməliyyat bloku, 1 doğum bloku, kiçik əməliyyat,  2 manipulyasiya, doğuşa qəbul, ginekologiyanın qəbul, 1 avtoklav və sterilizasiya, yenidoğulmuşların intensiv terapiya, ultrasəs müayinəsi və kolposkopiya otaqları var. 

Şöbə ən müasir tibbi avadanlıq və cihazlarla - anesteziya (narkoz) aparatı, neonatal süni tənəffüs aparatı, isidicili uşaq bələmə masası, perfusomat, infusomat,  xəstə başı monitor,  EKG aparatı, kolposkop, əməliyyat masası, vakuum aspirasiya cihazı,  süni tənəffüs aparatı, küvəz, avtoklav, sterilizator və s. təchiz edilib.
Избранный
221
medicalmedia.az

1Источники