RU

“Niasitol” preparatının insanlar üçün istifadəsi qadağan edilib

"Niasitol” orta zəhərlilik effektinə malik baytarlıq preparatı kimi Azərbaycana idxal olunur. Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

Onun sözlərinə görə,  bu preparat müxtəlif növ heyvanların müəyyən parazitlərə qarşı mübarizədə istifadə olunu.
 
"Preparatın hazırlanması və istifadəsi mütləq şəkildə baytarlıq mütəxəssislərinin nəzarəti altında və iştirakı ilə həyata keçirilməlidir. "Niasitol” preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir”,  -  Əbdüləliyev əlavə edib. 

Göygöl rayonunun Balçılı kənd sakinləri, 1961-ci il təvəllüdlü qadın və üç azyaşlı dəqiqləşdirilməmiş dərman zəhərlənib. Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.


www.anews.az
Избранный
123
7
anews.az

8Источники