RU

AQTA: "Niasitol" preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir" » Medical Media


"Niasitol" orta zəhərlilik effektinə malik baytarlıq preparatı kimi Azərbaycana idxal olunur.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.

AQTA rəsmisi bildirib ki, bu preparat müxtəlif növ heyvanların müəyyən parazitlərə qarşı mübarizədə istifadə olunur:

"Preparatın hazırlanması və istifadəsi mütləq şəkildə baytarlıq mütəxəssislərinin nəzarəti altında və iştirakı ilə həyata keçirilməlidir. "Niasitol" preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir".

Xatırladaq ki, Göygöl rayonunun Balçılı kənd sakinləri, 1961-ci il təvəllüdlü qadın və üç azyaşlı dəqiqləşdirilməmiş dərman zəhərlənib. Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.

Избранный
72
7
medicalmedia.az

8Источники