Futbol üzrə Misli Premyer Liqasında V tura start verilib.
Günün ilk matçı Tovuz şəhər stadionunda keçirilib.
Doğma meydanda "Səbail"i qəbul edən "Turan Tovuz" qələbə qazanıb - 1:0.
Qarşılaşmada yeganə qolu 33-cü dəqiqədə Alexandro Serrano vurub.
Ardıcıl dördüncü qələbəsini qazanan qərb təmsilçisi xallarının sayını 13-ə çatdıraraq turnir cədvəlindəki liderliyini möhkəmləndirib.