RU

Ruhu sağaltmağın 5 fizikiYOLU

Bəzən bədəni hərəkətə keçirməklə ruhi sarsıntıdan xilas olmaq olur. Çünki hər ikisi arasında çoxlarının fərqində olmadığı güclü əlaqə var.

Redaktor.az xəbər verir ki, bir sıra fiziki hərəkətlərlə ruhu sağaltmaq mümkündür. 

1. Depressiyadan çıxmaq üçün piyada gəzin

Əslində bu tövsiyədən təkcə depressiyada olanlar deyil, həmçinin qüvvətli olmaq istəyən hər kəs faydalana bilər. Piyada gəzmək ən xərcsiz və bəhanə gətirəcəyiniz ən son fəaliyyət növüdür. Araşdırmalar göstərir ki, həftədə 200 dəqiqə, yəni orta hesabla gündə 30 dəqiqə, depressiyadan çıxmağa kömək edir.

2. Diqqətinizi cəmləmək üçün dərindən nəfəs alın

Eyni vaxtda “əlində çoxlu sayda qarpız” tutmaq, sizə yazanların hamısına tək-tək cavab yazmaq… Saysız-hesabsız xarici faktorların olduğu mühitdə istədiyimiz işə diqqətimizi vermək xeyli çətinləşib. Bəs bir neçə dəqiqə dərindən nəfəs almağın nisbətən diqqətinizin artmağına kömək etdiyini bilirdiniz?

3. Ağrılarınızı daha az hiss etmək üçün gülümsəyin

Araşdırmalar gülümsəməyin fiziki və ruhi cəhətdən möhkəmlik yaratdığını göstərir. Məhz buna görə də stresli işinizin ortasında güldüyünüz an hətta o an özünüzü xoşbəxt hiss etməsəniz belə, ürək döyüntülərinizin sürəti aşağı düşür. Beləcə, gülümsəmək bədəninizdə olan ağrıları az da olsa, yüngülləşdirir. Bu o deməkdir ki, sağa sola gülümsəməkdə sərbəstsiniz. Cəsarətli olun!

4. Stresi azaltmaq üçün yoqa ilə məşğul olun

Yoqanın streslə mübarizədə yaxşı təsir göstərdiyini çoxları bilsə də, yenə xatırlatmaqda fayda var deyə düşünürük. Zədələnmədən sonra stres pozğunluğu yaşayan insanlarda da yoqanın yaxşılaşdırıcı təsirləri var.

5. Narahatlığınızın keçməsi üçün ağırlıq qaldırın

Narahatlıq, təşviş az deyilmiş kimi özü ilə birlikdə başqa problemləri də (yuxusuzluq, ağrılar və s.) gətirir.

Bəs nə etməli?

Ağırlıq qaldırmaq. Bəli, bəli, səhv oxumadınız. Təbii ki, bu məsələyə olimpiyadaya hazırlaşırmış kimi başlamırıq. Bədəninizə uyğun olan məqbul ağırlıqları qaldırmaq bu sıxıntınızın keçməsinə kömək olacaq.

//nolm.us

Избранный
280
27
redaktor.az

10Источники