Göygöl rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.BUTA.TV xəbər verir ki, hadisə Hacıməlik qəsəbəsində qeydə alınıb. "Hunday" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü R.Muradov aldığı xəsarətdən dünyasını dəyişib. Qəza zamanı daha 4 nəfər - 1986-cı il təvəllüdlü T.Babayev, 1989-cu il təvəllüdlü N.Həsənova, 1995-ci il təvəllüdlü Ə.Aslanov və 1992-ci il təvəllüdlü E.Həsənzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.