RU

Seçkilərin ilkin nəticələri nə vaxt açıqlanacaq?

Seçkilərdə xoşagəlməz hallar ola bilər.
Bolgə.TV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, məntəqədə belə hallar olarsa, yerində qərar çıxartmaq lazımdır:
"Əgər həmin qərardan şikayət olarsa, MSK-da baxılır. Seçicilərin iradəsindən kənar hal baş verərsə, məntəqənin nəticələri ləğv ediləcək. Əgər pozuntular eyni dairədə daha çox qeydə alınsa, ümumilikdə dairənin nəticələri ləğv ediləcək".
MSK sədri onu da bildirib ki, səsvermə günü gecə ilkin nəticələr elan ediləcək.
O qeyd edib ki, 2 gün müddətində məntəqələrdən səsvermə protokolları MSK-ya çatdırılacaq. Bu zaman artıq ilkin nəticələr rəsmi şəkildə elan ediləcək.
20 gün müddətində səsvermənin nəticələri ilə əlaqədar MSK-ya müraciət etmək olar və bu müraciətlərə baxılacaq. Daha sonra isə müraciətlər məhkəməyə göndəriləcək
Избранный
12
43
bolge.tv

10Источники