RU

Paris-2024: Əbülfəz Abuzərli 1/4 finalda uduzub

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında mübarizəyə qoşulan parataekvondoçumuz Əbülfəz Abuzərli (80 kq) 1/4 finalda uduzub.

 

Sfera.az xəbər verir ki, K44 kateqoriyasında mübarizə aparan idmançımız meksikalı Luis Najeraya (Meksika) məğlub olub - 3:6.

 

Ə.Abuzərov məğlubiyyətə rəğmən təsəlliverici görüşə çıxacaq. O, serbiyalı Nikola Spayiçlə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, Paris-2024-ə avqustun 8-də yekun vurulacaq.

Избранный
66
9
sfera.az

10Источники