İngiltərənin "Mançester Yunayted" klubu yarımmüdafiəçi Manuel Uqartenin transferini açıqlayıb.
"Far.Az" klubun mətbuat xidmətinə istinadən verir ki, "qırmızı şeytanlar" Uruqvay millisinin üzvü ilə 5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 23 yaşlı futbolçu son olaraq Fransanın PSJ klubunun şərəfini qoruyub.