RU

"Zirə"nin legioneri üçün əlamətdar matç

style='margin-bottom:10px;'>

Rafael Utziq Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, "Zirə”nin braziliyalı legionerinin yubileyi Misli Premyer Liqasının 5-ci turunun “Qarabağ”la ev görüşünə (1:3) təsadüf edib.

28 yaşlı hücumçu bu qarşılaşmada sonradan meydana çıxıb. Utziq Premyer Liqadakı 100 matçda 18 qola imza atıb.

Cənubi amerikalı futbolçu “Qəbələ”də 81 oyunda 15, “Zirə”dəki 19 matçda 3 qola sevinib. O, Premyer Liqada 2020-ci il sentyabrın 19-da “Qəbələ”nin “Keşlə” (indiki “Şamaxı”) ilə ev görüşündə (0:0) debüt edib.

Избранный
64
6
teleqraf.com

10Источники