Yayın son günlərinə yaxınlaşdığımız bir zamanda sağlam qidalanma vərdişlərinizi gücləndirmək üçün təbiətin yaşıl möcüzələrindən yararlanmaq faydalıdır. Bu super yaşıl qidalar bədəni təmizləyərək enerji səviyyənizi artıracaq, eyni zamanda yayın son günlərindən maksimum yararlanmağa kömək edəcək.
"Unikal" sağlamlıq deposu hesab olunan 7 qidanı təqdim edir:
Xiyar
Tərkibində yüksək miqdarda su var. Bədənin itirdiyi suyun geri qazanmasında çox təsirlidir. Qabığında həzm orqanlarını rahatlaşdıran çox miqdarda lif var. Bu da toxluq hissini artırır. Tərkibində maqnezium, kalium, natrium və kalsium kimi mikro minerallar var.
Kabak
Tərkibində A, C və E vitaminləri, maqnezium və kalium mineralları var. Kalorisi azdır, ona görə də pəhrizlərdə rahatlıqla istifadə olunur. Lifli quruluşu sayəsində toxluq hissini də artırır.
Yaşıl noxud
Tərkibində A və K vitaminləri var. Bu səbəbdən onun tərkibində yüksək miqdarda vitamin var. Bitki mənşəli protein mənbəyidir, yəni soya proteinidir. Qan şəkərini tənzimləyir və qlükoza artımının qarşısını alır.
Təzə lobya
Tərkibində askorbin və fol turşusu vardır. Sərbəst radikalları azaldaraq xəstəliklərə qarşı immuniteti gücləndirir. Bağırsaqları stimullaşdırır və aşağı kalorili olduğu üçün pəhriz zamanı rahatlıqla istehlak edilə bilər.
Bibər
Çarliston, saç bibəri, bolqar bibəri, kapiya və acı bibər kimi müxtəlif çeşidləri vardır. Onların hamısının ortaq cəhəti onların tərkibində yüksək miqdarda C vitamininin olmasıdır. C vitamini virus və bakterial xəstəliklərə qarşı qalxan rolunu oynayır. Tərkibində A və B vitaminləri də vardır.
Bamya
Sağlam immun sistemini dəstəkləyir, tərkibindəki mikroelementlər sayəsində qanın laxtalanmasını təmin edir, oksigenin toxumalara çatmasını təmin edir, qlükoza tənzimlənməsini asanlaşdırır, tərkibindəki bitki mənşəli kollagen sayəsində oynaqlar üçün müalicə qaynağı rolunu oynayır.
Brokoli
Brokoli xərçənglə mübarizədə əvəzedilməz bir tərəvəzdir. Mədə-bağırsaq və yemək borusu xərçənginin qarşısını alır. Araşdırmalar göstərir ki, brokoli həm də ağciyər xərçəngiylə mübarizə apara bilir. Tərkibindəki pəhriz lifləri vasitəsilə toxluq hissi yaradır. Alma və yerkökü suyu ilə brokoli suyunu qarışdırıb içsəniz, gün boyu özünüzü möhkəm hiss edəcək və gec yorulacaqsınız. Həmçinin tərkibindəki yüksək miqdarda dəmir bədəninizin dəmir ehtiyacını qarşılayır və immuniteti artırır. Bu tərəvəz dəri sağlamlığı üçün də əla vasitədir. Tərkibindəki A vitamini dərinizin hüceyrələrini yeniləyir və ultrabənövşəyi şüalardan qoruyur.
Zərifə Nağıyeva