İsrail ordusunun Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsinə hücumu nəticəsində azı 8 nəfər həlak olub. Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Bildirilib ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Cəbəliyədəki sığınacağı qarşısında çörək növbəsində dayanan bir qrup insan İsrailin hədəfinə çevrilib. Telekanalın məlumatına görə, 2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı ümumilikdə 40 min 786 nəfər ölüb, 94 min 224 nəfər yaralanıb.