RU

BRICS-ə üzvlük üçün müraciət edən dövlətlərin liderləri Kazan sammitinə dəvət olunublar

MDB ölkələrinin və BRICS-ə üzvlük və əməkdaşlıq üçün müraciət edən dövlətlərin liderləri təşkilatın Kazanda keçiriləcək sammitinə dəvət olunublar.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, iddiaçılar arasında (BRICS-ə üzvlüyə-red) Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyada nüfuzlu inteqrasiya birliklərinə rəhbərlik edən ölkələr var.

Избранный
157
50
apa.az

10Источники