İtaliyada Alp dağlarında göbələk yığarkən itən 89 yaşlı qadın 5 gün sonra tapılıb.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat verib.
Bildirilir ki, Cüzepina Bardelli adlı qadın 20 metr hündürlükdən yıxılaraq 2 qabırğası sınıb.
Bardellinin oğlu Roberto anasının 5 gün ərzində gölməçələrdən tapdığı yağış suyunu içdiyini, gecələr ağacların altında yataraq üstünü otlarla örtdüyünü, hətta tülkü ilə dostluq etdiyini bildirib.