RU

Azərbaycanda sirkə turşusundan 4 nəfər ÖLDÜ - RƏSMİ

Avqust ayında 103 nəfər zəhərlənib.

Bu barədə Gundem.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib. Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.

“Həmçinin 16 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib”, - qeyd olunub.

Məlumata görə, ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.  (Sfera.az)

Избранный
110
23
gundem.az

10Источники