Rusiyanın Ukraynanın Poltava bölgəsinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 47 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin həyat yoldaşı Elena Zelenskaya bildirib.
“Rusiyanın Poltavaya raket hücumları nəticəsində həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu, bütün Ukrayna üçün inanılmaz faciədir. Düşmən təhsil müəssisəsinə və xəstəxanaya hücum edib. 47 ölü və 206 yaralı artıq məlumdur. Rusiya bizim ən dəyərli şeyimizi - həyatımızı əlindən alır. Biz bunu heç vaxt unutmayacağıq”, - o, "X" sosial şəbəkəsində yazıb.
Hadisə ilə əlaqədar vilayətdə üç günlük matəm elan edilib.