Ukraynada Üç nazir və Dövlət Əmlak Fondunun rəhbəri vəzifədən azad olunmaq üçün Ali Radaya ərizələr təqdim ediblər.
32gun.az xəbər verir ki, bu barədə çərşənbə axşamı, parlamentin spikeri Ruslan Stefançuk Facebook səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Ali Rada istefa ərizəsi alıb:
Oleksandr Kamışin, Ukraynanın strateji sənaye naziri;
Ukraynanın ədliyyə naziri Denis Malyusıka;
Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strilets.
Həmçinin Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri Vitali Kovaldan işdən azad olunmaq üçün ərizə daxil olub.
Stefançuk əlavə edib ki, bütün müraciətlərə qarşıdakı plenar iclaslardan birində baxılacaq.
Xatırladaq ki, avqustun 15-də Nazirlər Kabineti Serhi Qorbaçovu təhsil üzrə ombudsman vəzifəsindən azad edib.
Ayxan
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта