Rusiya Prezidenti Vladimir Putin Monqolustanda qarşılanma mərasimində ona gül verən qızı öpüb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, həmin anın videogörüntülərini jurnalist Pavel Zarubin öz "Telegram" kanalında yayımlayıb.
“Hörmətli Prezident, Vladimir Vladimiroviç Putin, ölkəmizə xoş gəlmisiniz! Qoy ölkələrimizin dostluğu çiçəklənsin!” - milli geyimdə olan Monqolustanın gənc sakini deyib.
Rusiya lideri təşəkkür edib və qızın yanağından öpüb.
Sentyabrın 2-də Rusiya lideri Monqolustana rəsmi səfərə gəlib. Ertəsi gün Putin respublika prezidenti Uxnaaqiyn Xurelsuxla görüşüb.
Danışıqlar zamanı Putin bildirib ki, hazırda Moskva ilə Ulan-Bator arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir. Xüsusilə, Rusiya lideri onların iqtisadiyyat və siyasət sahələrində səmərəli qarşılıqlı fəaliyyətinə diqqət çəkib. Rusiya lideri Monqolustanla danışıqları mənalı və konstruktiv hesab edib.