Kabardin-Balkarın Baksan şəhərində 200-dən çox insan zəhərlənib. Yeniavaz.com xəbər verir ki, ümumilikdə, prokurorluğun məlumatına görə, Baksanda 212 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 63-ü xəstəxanaya yerləşdirilib. İstintaq Komitəsinin ilkin məlumatına görə, hadisəyə səbəb krandan axan sudan zəhərlənmə ola bilər. Mütəxəssislər Baksanda bağırsaq infeksiyası baş verəndən sonra suyu hiperxlorlaşdırmağa başlayıblar. Kabardin-Balkarda iki məktəb, iki məktəbəqədər təhsil müəssisəsi və bir kollec daxil olmaqla beş təhsil müəssisəsi fəaliyyətini dayandırıb.