RU

Zelenski administrasiya rəhbərinin müavini Şurmanı işdən çıxarıb...

…Çərşənbə axşamı, sentyabrın 3-də Ukrayna prezidenti Vladimir Zelenski Prezident Aparatı rəhbərinin müavini Rostislav Şurmanı işdən çıxarıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə OP-nin saytında dərc edilmiş 603/2024 saylı fərmanda deyilir. Bundan əvvəl xəbər verilmişdi ki, baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina istefa məktubu yazıb.

Ali Radanın rəhbəri Ruslan Stefançuk bildirib ki, ərizəyə parlamentin növbəti iclaslarından birində baxılacaq. Bundan əvvəl istefa məktubunu strateji sənayelər naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval yazıblar.

“Charter97.org” xəbər verir ki, “Xalqın qulluqçusu” parlament fraksiyasının rəhbəri David Araxamia Ukrayna Nazirlər Kabinetinin yarısının istefaya göndərildiyini elan edib.

O, Telegram kanalında növbəti günün Ukraynada“işdən çıxarmalar günü” olacağını yazıb.

…Söz verildiyi kimi, bu həftə hökumətin ciddi şəkildə yenidən işə salınmasını gözləmək olar. Ukrayna Nazirlər Kabineti heyətinin 50 faizdən çoxudəyişikliklərə məruz qalacaq…

Əli Babayev

Избранный
80
3
sia.az

4Источники