RU

İmaddədin Xəlilov: “Qələbəmi şəhid ailələrinə həsr edirəm”

“Sevindirici haldır ki, Azərbaycanda parataekvondo üzrə ilk paralimpiya çempionu mən oldum”.

İdman.biz xəbər verir ki, bunu Paris-2024 Paralimpiya Oyunlarının qalibi İmaməddin Xəlilov (70 kq) deyib.

Qızıl medal mükafatçısı bildirib ki, bu yarışda Azərbaycan millisinin ilk medalının qızıl olması qürurvericidir:

“Bu qələbəmi Azərbaycanın bütün şəhid ailələrinə həsr edirəm. Qalibiyyət sevincimi ilk olaraq ailəmlə bölüşdüm. Finaldan öncə mənim barəmdə yazılan fikirləri oxuyurdum bu da əlavə motivasiya verirdi. Xalqımın güvənini doğrultduğum üçün fəxr edirəm”.

Xəlilov final görüşündən öncədə özünə çox güvəndiyini deyib:

“Çempion olacağımı bilirdim. Fikrimcə, bu qızıl medal məndən sonra ki, idmançılarımıza xüsusi motivasiya oldu. Digər parataekvondoçularımıza da, məsləhətim sonadək məşqlərinə davam etmələridir. İnanıram ki, əzimkar olsalar növbəti yarışlarda onlarda bu mənim yerimdə ola bilərlər”.

Qeyd edək ki, Fransanın paytaxtında parataevondo üzrə millimiz medal sayına görə ikinci olub.

Banuçiçək Hüseynli

İdman.biz

Избранный
117
6
idman.biz

10Источники