Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov WEF-in kənarında ABŞ-ın təhlükəsizlik baxımından Avropada dağıdıcı rol oynadığını və gərginliyin artmasında “lider” olduğunu bildirib.
“Amerika Birləşmiş Ştatları həqiqətən də Avropa qitəsində təhlükəsizlik baxımından dağıdıcı rol oynayır” dedi.
Bundan əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, ABŞ Ukrayna böhranına görə Avropanı Rusiyaya qarşı sıxışdıra bilməyəcək.
Mənbə RİA Novosti