RU

Azərbaycanın keçirdiyi antiterror əməliyyatları regionda təhlükəsizlik naminə əməkdaşlıqda yeni səhifələr açdı - ŞƏRH

Bakı. Trend:

Azərbaycanın keçirdiyi antiterror əməliyyatları regionun rənginidəyişdirdi və təhlükəsizlik naminə əməkdaşlıqda yeni səhifələraçdı.

Bunu Trend-ə açıqlamasında siyasi təhlilçi AqşinKərimov deyib.

O bildirib ki, Azərbaycanın suverenliyini bərpa etməsi dünyadaşok effekti yaratdı, çünki hələ hansısa bir ölkə SSRİ-dən mirasqalmış münaqişəni həll etməyə nail olmayıb.

"Yalnız Azərbaycan güclü siyasətlə və hərbi qüdrəti ilə bunanail oldu və bu, sözün əsl mənasında beynəlxalq təəccübə səbəboldu.

Nəticədə, Azərbaycanın separatizmi məhv etməsindən əldə etdiyiqazanclara uyğunlaşdırma strategiyası regionda maraqları olandövlətlərin siyasətinə sirayət etdi. Rusiya, ABŞ və İranAzərbaycanın separatizm izlərini silməsi ilə yaranan çoxtərəfliəməkdaşlıq nizamına öz maraqlarını yerləşdirməyə çalışdı.Azərbaycan bu yerləşmənin rəqabətli olmasından ehtiyat etsə də,prosesi özünün strateji istiqamətlərinə doğru çəkməyi bacarır.

Çünki Azərbaycana kənar müdaxilə üçün barmaq yerləri qalmır,separatçılığın məhvindən sonra Rusiya sülhməramlı kontingentininregionu tərk etməsi də Bakıya qarşı bəhanələrə yer qoymadı.

Bütün bunlar Azərbaycanın özünə qarşı çevrilmiş ümumitəhdidlərin xarakteristikasını inkişafdan saxladı. Beləliklə,separatizmin sonlanmasından sonra Azərbaycan həm öz qüdrətini, həmdə regional müdafiəni inkişaf etdirmək üçün əlavə imkanlarqazanıb".

Hərbi ekspert Azər Bayramov isə bildirib ki,Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirləri ölkəmizinsuverenliyinin tam şəkildə bərpa olunmasına və Ermənistanla onunhavadarlarına yüz ildən artıq bir müddətdə ölkəmizə qarşıyürütdükləri riyakar siyasətin, separatizm və terrorçuluğuntamamilə sonlanmasını təmin etdi.

"İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan həmişə olduğukimi, yenə də danışıqlar yoluna üstünlük versə də, çox təəssüf ki,Ermənistan və separatçı rejimin rəhbərliyi bu humanist addıma qarşıterrorla cavab verdilər. Mülki vətəndaşlarımıza və polislərimizəqarşı həyata keçirilən terror aktları məhz Azərbaycan tərəfinizəruri addımlar atmağa məcbur etdi. Antiterror tədbirlərindəqəhrəman ordumuz 24 saatdan az bir müddətdə Qarabağda yerləşən vəterrorçu qruplaşmaları darmadağın edib onları təslim olmağa məcburetdi.

Bu əməliyyatların keçirilməsi həmin ərazilərimizdə məskunlaşanmülki insanlarımızın təhlükəsizliyinin tam təmin olunmasını və heçbir maneə olmadan öz həyat fəaliyyətini rifah içində yaşamasınıtəmin etdi",- deyə ekspert qeyd edib.

Избранный
112
4
az.trend.az

5Источники