RU

Qəzalı maşını qarajın qarşısında saxlayan gənc 2 gün yoxa çıxdı: "Hazırlığa gəlmişdim" - VİDEO

Bakıda dayanma-durma qaydasını pozan sürücü hərəkəti məhdudlaşdırıb. Avtosfer.az xəbər verir ki, bu barədə oxuculardan biri redaksiyamızın qaynar xəttinə məlumat verib.

Belə ki, hadisə avqustun 30-da, paytaxtın Zahid Xəlilov küçəsi, 35A ünvanında baş verib. Redaksiyamıza müraciət edən oxucu bildirir ki, axşam işdən qayıdan zaman ona məxsus qarajın qarşısında tanımadığı 90-OA-779 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin parklandığını görüb. Bu səbəbdən avtomobili qarajda saxlaya bilməyib: "Maşını kənara verib gözlədim ki, görüm bu avtomobilin sahibi nə vaxt yaxınlaşacaq. Lakin bir neçə saat keçməsinə baxmayaraq heç kim yaxınlaşmadı. Səhər durub gördüm ki, avtomobil hələ də oradadır. Çəkiliş edən zaman avtomobilin ön hissəsinin qəzalı vəziyyətdə olduğunu gördüm. Nəhayət axşama doğru iki gəncin yaxınlaşdığını və maşının onlara aid olduğunu bildirdilər. Avtomobili niyə burada saxladıqlarını soruşanda isə, hazırlığa gəldiklərini dedilər. Amma bilirəm ki, yalan danışdılar. Çünki hazırlıq bir neçə saat ola bilər. 2 gün hazırlıq olmur" - deyə oxucu bildirib.

Qeyd edək ki, qanunvericiliyə görə, giriş-çıxışların qarşısında dayanma-durma qadağandır. Bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə 20 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Könül Rauf

Избранный
108
avtosfer.az

1Источники