RU

Almaniya "Commerzbank"dakı payını azaltmağı planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya maliyyə böhranı zamanı aldıqları bank səhmlərini satmaqda İtaliya, Hollandiya və Yunanıstan kimi digər Avropa ölkələrinə qoşulur.

Banco.az xəbər verir ki, Almaniya hökuməti “Commerzbank AG”dəki səhmlərini azaltmaq qərarına gəlib.

Bankın təxminən 2,5 milyard avro dəyərində səhmlərinin 16,5 faizini idarə edən ölkənin maliyyə qurumu çərşənbə axşamı birjalar bağlandıqdan sonra qərarını açıqlayıb. Nə qədər səhmdən imtinanın düşünüldüyü və ya satışın nə vaxt planlaşdırıldığı açıqlamayıb.

Almaniya Maliyyə Nazirinin müavini Florian Tonkar mövzu ilə bağlı açıqlamasında deyib:

“Federal hökumətin 2008 və 2009-cu illərdə “Commerzbank”a daxil olması bank böhranının ortasında maliyyə bazarının sabitliyini qorumaq üçün vacib idi. Federal hökumətin “Commerzbank”dakı payının azaldılması “Commerzbank”ın və Almaniyanın maliyyə mərkəzi kimi gücünün göstəricisidir.”

Ən sərfəli kredit üçün müraciət et

Избранный
74
banco.az

1Источники