“Adanalı” serialında canlandırdığı “Pınar” obrazı ilə tanınan aktrisa Tuğçe Özbudak karyerasını bitirib.
Axşam.az xəbər verir ki, etdiyi estetiklərlə gündəmdən düşməyən Tuğçe müxbirlərin suallarını cavablandırıb.
“Aktrisalıq karyeramı bitirdim. Uzun çəkiliş saatları, çətin iş şəraiti məni yordu. Daşınmaz əmlak işi ilə məşğulam” deyə, o, bildirib.