RU

Əhalinin aylıq xərcləri 350 manatı ÖTDÜ - Ən az pul xərclənən sahə

Azərbaycanda ev təsərrüfatlarının 2024-cü ilin ikinci rübündə istehlak xərclərinə dair məlumatlar açıqlanıb.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ikinci rübündə ev təsərrüfatlarının adambaşına düşən aylıq xərci 353 manatı ötüb.

 

2023-cü ilin ikinci rübü ilə müqayisədə xərclərdə 16 manat və ya 4,7 faiz artım baş verib. Əhalinin xərclərinin əsas hissəsini qida məhsullarına çəkilən xərclər təşkil edib. Əhali adambaşına hər ay qida məhsullarına 155 manat və ya əvvəlki illə müqayisədə 2 manat çox pul xərcləyib.

 

Digər xərc növlərinə diqqət yetirdikdə görürük ki, əhalinin xərclərində kommunal (adambaşına 29 manat), ev əşyaları, məişət texnikası və evə gündəlik qulluq (26,2 manat), istirahət (25,6 manat), nəqliyyat (23,7 manat) və geyim (21,2 manat) böyük çəkiyə sahibdir.

 

Əhalinin ən az pul xərclədiyi sahə isə təhsildir. 2024-cü ilin ikinci rübündə əhali ayda adambaşına təhsilə 6 manat xərcləyib.

 

Vasif

 

Избранный
107
3
sfera.az

4Источники