RU

Gürcüstanın baş naziri müxalifətin seçkilər öncəsi iğtişaşlar hazırladığını bəyan edib

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, mövcud məlumatlara görə, radikal müxalifət ölkədə parlament seçkiləri öncəsi süni iğtişaşlar təşkil etməyə cəhd edə bilər.

“Bizdə məlumat var ki, radikal müxalifət bu cür ssenarinin süni inkişafını fəal şəkildə nəzərdən keçirir və bu, sosial iğtişaşlara gətirib çıxara bilər… Gürcüstanda süni iğtişaşlar törətmək cəhdi ciddi şəkildə cəzalandırılacaq”, – RİA Novosti ondan sitat gətirir.

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib.

Kobaxidze qeyd edib ki, ölkədə parlament seçkiləri güclü kənar müdaxilə şəraitində keçiriləcək.

Mənbə RİA Novosti

Избранный
21
dogru.az

1Источники