RU

Baş prokuror Rusiyada işgüzar səfərdədir (FOTO)

Bakı. Trend:

Sentyabrın 4-də Rusiyanın Baş prokuroru İqor Krasnovun dəvətiilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyinümayəndə heyəti Vladivostok şəhərinə işgüzar səfərə gəlib.

Primorsk diyarının prokuroluğunda hər iki dövlətin başprokurorları arasında ikitərəfli görüş keçirilib.

Nümayəndə heyətini salamlayan İqor Krasnov ölkələrimiz arasındayüksək xətlə inkişaf edən tərəfdaşlıq münasibətlərindənməmnunluğunu ifadə edərək, sahibkarlıq üçün münbit şəraitinformalaşmasında prokurorluq orqanlarının önəmini qeyd edib.

Kamran Əliyev rusiyalı həmkarına Şərq İqtisadi Forumunda iştiraküçün dəvətə görə təşəkkürünü bildirib. Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılanmütərəqqi islahatlar, biznes və investisiya mühitininyaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milliiqtisadiyyatın sürətli inkişafı barədə məlumat verərək, RusiyaPrezidenti cənab Vladimir Putinin avqust ayında ölkəmizə dövlətsəfərinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmindənbəhs edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirəedilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafındafikir mübadiləsi aparılıb.

Daha sonra Baş prokurorlar mövcud sahəvi əlaqələrin gələcəkdədaha da intensivləşdirilməsi məqsədilə Azərbaycan RespublikasınınBaş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğuarasında hərbi prokurorluq orqanlarının əməkdaşlığına dair AnlaşmaMemorandumunu imzalayıblar.

Nümayəndə heyətinin səfəri davam edir.

Baş
Baş
Baş
Baş
Baş
Baş
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
15
az.trend.az

10Источники