RU

ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də cərrah səhvən xəstənin dalağı əvəzinə qaraciyərini çıxararaq onu öldürüb. İndi ölən şəxsin həyat yoldaşı həkimin məsuliyyətə cəlb olunmasını tələb edir.
Oxu.Az bu barədə "The Philippine Star" qəzetinə istinadən xəbər verir.
Dəhşətli hadisə Floridada baş verib. Orada 70 yaşlı Bill Brayan sağlamlıq şikayətləri ilə klinikaya müraciət edib və həkimlər onu əməliyyata göndəriblər. Cərrah dalağı çıxarmalı idi.
Lakin əməliyyat zamanı həkim Tomas Şaknovski orqanları səhv salaraq dalaq əvəzinə qaraciyəri çıxarmağa başlayıb. Əməliyyat zamanı o, qaraciyəri qanla təmin edən əsas damarları kəsib. Güclü qan itkisi başlayıb. Xəstə əməliyyat masasında ölüb.
Hər şey bununla bitməyib. Öz səhvini görməyən həkim Brayanın həyat yoldaşına deyib ki, "dalaq" o qədər zədələnib ki, normal ölçüsündən dörd dəfə böyük olub və xəstənin bədəninin digər tərəfinə keçib.
İndi qadın məhkəməyə müraciət etmək niyyətindədir. O, cərrahı məsuliyyətə cəlb etmək istəyir və bildirir ki, həkim, əslində, onun həyat yoldaşını öldürüb.
Избранный
63
50
oxu.az

10Источники