RU

“İş yükünün 60-70 faizini süni intellekt həyata keçirir” - EKSPERT FİKRİ

“Texnologiyanın inkişafının heç bir mənfi cəhəti yoxdur, müsbət cəhətləri isə çoxdur. Çünki bu gün istifadə etdiyimiz texnologiyaları fikirləşsək, bizə böyük bir üstünlük verdiyini görmüş olarıq. Amma süni intellektlə bağlı fikirlər fərqlidir”. Bu sözləri SİA-ya açıqlamasında İnformasiya Texnologiyaları Elmləri üzrə ekspert Fərrux Rəcəbli deyib.

O bildirib ki, süni intellektin inkişafı nəticəsində vaxt itkimiz azalıb: “Həmçinin günümüzdə bəzi biznes sahələrində müəyyən işlər var ki, bu işləri həyata keçirmək üçün işçi qüvvə lazım idi. Amma süni intellektin olması bu prosesi daha asan formaya salır. Bizə ən sadə və operativ yol ilə lazım olanı təmin edir. Bütün iş sahələrində süni intellekt iş yükünü azaldır və işi asanlaşdırır. Bu gün artıq iş yükünün 60-70 faizini süni intellekt həyata keçirir.

Lakin süni intellekt inkişaf etdikcə dünyada işsizliyin sayı artacaq. Süni intellektin ən böyük mənfi cəhəti budur və böyük bir daxili xaosa səbəb olacaq. Nəzərə almaq lazımdır ki, süni intellekt bir neçə nəfərin görəcəyi işi həyata keçirir. Hətta süni intellektin inkişafı bir çox sahələrin sıradan çıxmasına səbəb olacaq. Artıq insanlar süni intellektdən rahatlıqla istifadə edirlər və bu müsbətləri ilə yanaşı gələcək zamanda öz mənfi təsirlərini də göstərəcək”.

Müəllif: Səbinə Hüseynli
Избранный
100
sia.az

1Источники