RU

"Zəngəzur dəhlizinin açılması İranın qapılarından birinin bağlanması deməkdir"

Zəngəzur dəhlizinin açılması İranın Avropaya açılan qapılarından birinin bağlanması deməkdir. 

"Unikal" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb. 

Zəngəzur dəhlizi ilə bağlı yayımlanan geniş məqalədə bildirilir ki, İran təhlükəsizlik baxımından sərhədlərində hər hansı dəyişikliyi qəbul etmir: "Elə bir qayda yoxdur ki, Cənubi Qafqaz ölkələrinin heç birinin təhlükəsizliyi və geosiyasi mövqeyi digərlərindən üstün olmasın. Bəs niyə bizim rus dostlarımız Ermənistanla problemlərini həll etmək üçün Zəngəzur dəhlizindən istifadə etməli olduqlarını düşünürlər? Görünən odur ki, Rusiya Xarici İşlər Nazirliyi aldanıb və Ermənistanla problemini xəyali Zəngəzur dəhlizindən istifadə edərək həll etməyi öz maraqlarına uyğun hesab edir. Bu da təbii ki, İranın mövzuya müxalifliyi ucbatından yaranmayacaq. Zəngəzur dəhlizinin açılması İranın Avropaya açılan qapılarından birinin bağlanması və İran İslam Respublikasının qonşularının sayının 15-dən 14-ə endirilməsi deməkdir".

"Ruslara Zəngəzurla bağlı nəsihət: xəyali dəhliz yaranmayacaq" başlıqlı məqalədə həmçinin qeyd olunub ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra Rusiyanın yüksək rütbəli rəsmiləri Cənubi Qafqazdakı kommunikasiya marşrutu ilə bağlı dəfələrlə açıqlamalar veriblər: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan rəhbərliyi Sünik bölgəsi vasitəsilə kommunikasiyaların açılmasına mane olur. Rusiya xarici işlər nazirinin bu mövqeyi Moskvanın Zəngəzur dəhlizini açmaq istəyi ilə bağlı mətbuatda müxtəlif şərhlərə və fərziyyələrə səbəb olub. İranın yüksək rütbəli rəsmiləri Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə rəsmiləri ilə müxtəlif görüşlərdə Tehranın sərhədlərdə və regionda geosiyasi dəyişikliklər gətirəcək bu dəhlizə açıq etirazını dəfələrlə bəyan ediblər.

Rusiyanın bu cür mövqeyinə qarşı həssaslıq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlamalarından sonra daha da kəskinləşib. O, çıxışında Zəngəzur marşrutunun Sünik vasitəsilə Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirə biləcəyini və Ermənistanla üçtərəfli sülh danışıqları çərçivəsində marşrutun bağlanması məsələsinin mütləq müzakirə olunacağını bildirib. İranın mövqeyi ilə bağlı sualı cavablandıran Zaxarova jurnalistlərə bildirib: "Biz İran tərəfinin “Zəngəzur dəhlizi” ilə bağlı narahatlığını gördük, ona görə də dəqiqləşdirmələr üçün Tehranla əlaqə saxlamalıyıq. Lakin Moskvanın bu məsələdə mövqeyi kifayət qədər qətidir. Biz ona əsaslanaraq hərəkət edirik ki, həll Ermənistan, Azərbaycan və regionun qonşuları üçün məqbul olmalıdır".

Son müzakirələrdən sonra İran Rusiya tərəfinə lazımi mesajı çatdırmaq üçün diplomatik tədbirlər görüb və xarici işlər nazirinin köməkçisi və Avrasiya məsələləri üzrə baş direktor Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovu nazirliyə çağırıb". 

Məqalədə o da bildirilir ki, İranın Rusiyadakı səfiri də Tehranın Rusiya Xarici İşlər Nazirliyinin mövqelərinə etirazını açıqlayıb: "Rusiya hakimiyyətinə bir neçə məqamı xatırlatmaq lazımdır.

Birincisi, Rusiya Xarici İşlər Nazirliyi İranın gözləntilərinə zidd açıqlamalar verib. Ölkəmizin yüksək rütbəli məmurları vasitəsilə və bir çox hallarda İran İslam Respublikasının Naxçıvanı Azərbaycana birləşdirəcək istənilən növ, istər Zəngəzur, istərsə də digər dəhlizin əleyhinə olması barədə İranın aydın və düzgün mövqeyi barədə ruslar yaxşı məlumatlandırılıblar. Ona görə də bu mövqe təəccüblü və heyrətləndiricidir.

İran və Rusiyanın axtardığı strateji əlaqələr anlayışını nəzərə alaraq, bu cür taktiki addımların atılması strateji münasibətlərin prinsiplərinə ziddir... Hər hansı bir ölkə öz sərhədlərindən kənarda yeni münaqişələr cəbhəsi açmaqla problemlərini həll edə biləcəyini düşünürsə, o zaman dünyanın heç bir yeri təhlükəsiz olmayacaq və dünya daimi xaos içində olacaq". 

Ağarza Elçinoğlu 

Избранный
190
50
unikal.az

10Источники