RU

İrakli Kobaxidze: Gürcüstanda istənilən iğtişaş cəhdinin qarşısı ciddi şəkildə alınacaq

İrakli

Tbilisi, 4 sentyabr, AZƏRTAC

Gürcüstanda radikal müxalifət seçkilərdən sonra ictimai ajiotaj yaratmaq üçün planlar hazırlayır, bunun üçün ssenari layihəsini də aktiv şəkildə müzakirə edir. Lakin heç kim unutmasın ki, ölkədə istənilən süni iğtişaş yaratmağa cəhd edənlər ciddi şəkildə cəzalandırılacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze sentyabrın 4-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, radikal müxalifət qüvvələri dövlət institutlarına hücuma, dövlət çevrilişinə cəhd edəcəklər.

“Radikallara və onların himayədarlarına xatırlatmaq istərdim ki, bu gün Gürcüstan dövləti möhkəmdir və hüquq-mühafizə orqanları çox yaxşı vəziyyətdədirlər. Nəticə etibarilə heç bir təxribat uğurlu olmayacaq və istənilən cinayəti törədənlər ciddi şəkildə cəzalandırılacaqlar”, - deyə İrakli Kobaxidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
81
2
azertag.az

3Источники