RU

Bakı səmasında tozlu hava niyə tez- tez yaranır? - Təbii amil yoxsa... 

Bir neçə gündür Bakı səmasında tozun miqdarının artması insanlarda təşviş yaradıb. Belə hava şəraiti allergiyası və digər xəstəliyi olan şəxslərə pis təsir edib. Burun- boğaz ağrılarından şikayət edənlərin sayı artıb. Mütəxəssislər havada olan tozun miqdarının həddindən artıq çox olduğunu bildiriblər. 

Tez- tez Bakını sarıb- sarmalayan tozlu hava şəraiti nədən xəbər verə bilər? 

Mövzu ilə bağlı Referans.az-a danışan iqlimşünas ekoloq Mirzəxan Mənsimov bildirib ki, əhalinin təşvişə düşməsinə ehtiyac yoxdur: 

"Hava açılıb, proses demək olar ki, dayanıb. Bu təbii prosesdir, bunun qarşısını almaq mümkün deyil. Belə hava şəraiti cənubi istiqamətdə küləklərin nəticəsində müşahidə olunur. Çirkli hava təbii prosesdir. insanın süni olaraq yaratdığı deyil. İsti, quraq ölkələrin üzərindən keçib gətirilən tozlar havada asılı vəziyətdə qalır ". 

Mütəxəssis deyir ki, nəfəs yollarında problemlər yaşayan insanlar maskadan istifadə etməlidirlər və ya evdə daha çox vaxt keçirməlidirlər: 

"Sabah yəqin ki, şimal küləyi əsəcək, belə havanı qovub aparacaq, havanı təmizləyəcək". 

Şəlalə Babayeva
Избранный
145
referans.az

1Источники